Kolumbiyalı müdafiəçi ötən gün məşq zamanı ayaq əzələsini dartıb. Bu səbəbdən Medina Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan "Keşlə" ilə matçı buraxmaq məcburiyyətində qalıb.

"Qarabağ" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina zədələnib.
 
Kolumbiyalı müdafiəçi ötən gün məşq zamanı ayaq əzələsini dartıb. Bu səbəbdən Medina Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan "Keşlə" ilə matçı buraxmaq məcburiyyətində qalıb.
 
Medinanın dekabrın 9-da Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrədə baş tutacaq "Bazel"lə oyunda iştirakı sual altındadır. Buna təkrar müayinələrdən sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest