Futbol üzrə İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı "Spetsiya" – "Sassuolo" matçında qalib müəyyənləşməyib. "Bolonya" evdə "Fiorentina"ya, "Venetsiya" "Verona"ya, "Sampdoriya" isə "Latsio"ya uduzub.
 
Uğursuz mövsüm keçirən "Yuventus" isə "Cenoa" ilə oyunda inamlı qələbəyə sevinib.
 
İtaliya A Seriyası
16-cı tur
4 dekabr
 
Milan – Salernitana 2:0
Qol: Kessye, 5. Salemakers, 18.
 
Roma – İnter 0:3
Qol: H.çalhanoğlu, 15. Dzeko, 24. Dumfris, 39.
 
Napoli – Atalanta 2:3
Qol: Zelinski, 40. Mertens, 47 – Malinovski, 7. M.Demiral, 66. Freuler, 71.
 
5 dekabr
 
Bolonya – Fiorentina 2:3
Qol: Barrou, 42. Hiki, 83 – Maleh, 33. Biraqi, 51. Vlahoviç, 67-pen.
 
Venetsiya – Verona 3:4
Qol: çekkaroni, 12. çrniqoy, 19. Henri, 28 – Henri, 52-öz qapısına. Kaprari, 65. Simeone, 67; 85.
 
Spetsiya – Sassuolo 2:2
Qol: Manay, 35. Qyasi, 48 – Raspadori, 66; 79.
 
Sampdoriya – Latsio 1:3
Qol: Qabbyadini, 89 – Saviç, 7. İmmobile, 17; 37.
 
Yuventus – Cenoa 2:0
Qol: Kuadrado, 9. Dibala, 82.
 
6 dekabr
 
21:30. Empoli – Udineze
23:45. Kalyari – Torino

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest