"Real"ın zədəli futbolçusu Qaret Beyl sağalıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.
 
Beyl çempionlar Liqasının qrup mərhələsində İtaliyanın "İnter" komandasına qarşı keçiriləcək oyunda meydana çıxa bilər.
 
Dekabrın 7-də keçiriləcək "Real" – "İnter" matçına saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest