Futbol üzrə Azərbaycan I Divizionunda XI tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
"Sumqayıt"ın əvəzedici komandası "Zaqatala" səfərindən 1 xalla ayrılıb. "Kəpəz" MOİK-lə heç-heçə edib, "Qəbələ-2" isə "Qaradağ Lökbatan"a uduzub.
 
Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
 
I Divizion
XI tur
6 dekabr
 
Zaqatala – Sumqayıt-2 0:0
Hakimlər: İnqilab Məmmədov, Teymur Teymurov, Taleh Məmmədov, Namiq Bəkirov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00
 
Qəbələ-2 – Qaradağ Lökbatan 0:2
Qol: Elnur Cəfərov, 7. Sabir Allahquliyev, 45.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Tərlan Talıbzadə, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00
 
MOİK – Kəpəz 1:1
Qol: İsa Zeynallı, 41-pen – Bəhruz Teymurov, 90+7.
Qırmızı vərəqə: Elşən Veysov, 73. (MOİK)
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Binə qəsəbə stadionu, 14:00
 
7 dekabr
 
Sabah-2 – Qarabağ-2
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Kamal Umudlu
Binə qəsəbə stadionu, 14:00
 
Zirə-2 – Neftçi-2
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Cavid Cəlilov
"ASK Arena", 14:00
 
Səbail-2 – Keşlə-2
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Ruslan Quliyev, Rövşən Rəcəbov
"ASCO Arena", 14:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest