Futbol üzrə Kipr çempionatında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi "Etnikos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Apollon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Araz da bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb.
 
"Etnikos" 12 turdan sonra 5 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest