Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib.
 
Qeyd edək ki, hər iki oyun Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.
 
1. Rövşən Hüseynli – Araz (Naxçıvan)
2. Ramiz çovdarov Araz (Naxçıvan)
3. İsa Atayev – Araz (Naxçıvan)
4. Xətai Bağırov - Araz (Naxçıvan)
5. Rizvan Fərzəliyev - Araz (Naxçıvan)
6. Amir Şocaei - Araz (Naxçıvan)
7. Nurlan Mehdizadə - Araz (Naxçıvan)
8. Cavad Məmmədov - Neftçi İK
9. Emin Kürdov - EKOL
10. Tofiq Mikayılov - EKOL
11. Xəzər Ağalızadə - U-19
12. Rafael Vilela - Palma Futsal (İspaniya)
13. Fineo De Arauxo - Sportinq Paris (Fransa)
14. Tyaqo Teles Martins - ACCS FUTSAL (Fransa)
15. Everton Kardozo - Levante U.D. (İspaniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest