Futzal üzrə Yüksək Liqada XI turun oyunlarına təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, IX turdan təxirə salınmış "Xilə" – "Baku Fire" oyunu istisna olmaqla, bu turun oyunları ilə 2021-ci ildə Yüksək Liqaya yekun vurulacaq.
 
"Olimpik Star"da keçiriləcək matçları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq.
 
Yüksək Liqa
XI tur
9 dekabr
 
Neftçi İK – Record
Hakimlər: Hacıəli Ağayev, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Olimpik Star". Saat 12:00.
 
EKOL – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
"Olimpik Star". Saat 14:00.
 
U-19 – Alyans (Lənkəran)
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
"Olimpik Star". Saat 16:00.
 
Xilə – Araz (Naxçıvan)
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Nail Nağıyev.
Hakim-inspektor: Murad Məmmədov.
"Olimpik Star". Saat 18:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest