İsveçrənin "Bazel" klubunun sabiq futbolçusu Aleksander Fray keçmiş komandasının Konfrans Liqasında "Qarabağ"a qarşı keçirəcəyi oyunla bağlı açıqlama verib. Matc.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, keçmiş hücumçu, avrokubokların futbolçular üçün xüsusi turnir olduğunu deyib:
 
"Avrokuboklarda mübarizə aparmaq vacibdir. Futbolçular üçün bu qarşılaşmalar hər zaman xüsusidir. Rəqibin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur".
 
Dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest