Futbol üzrə Uruqvay çempionatının qalibi məlum olub. Matc.az xəbər verir ki, "Penyarol" komandası son matçda "Plasa Koloniya"nı məğlub edib.
 
Əsas vaxtı 1:1 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında məlum olub. "Penyarol" penaltilərdə daha dəqiq olub (8:7).
 
"Penyarol" klub tarixində 51-ci dəfə ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest