"Bayern" çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda "Barselona" ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Münhen təmsilçisi sözügedən oyunda Serj Qnabri, Leon Qoretska və Erik Şupo-Motinqin köməyindən istifadə edə bilməyəcək.
 
Bu barədə "Bayern"in baş məşqçisi Yulian Naqelsmann yerli mətbuata açıqlamasında deyib. Qoretska komandayla məşqlərə yeni başlayıb və hələ tam hazır deyil. Qnabrinin əzələsində, Erikin isə səhhətində problem var.
 
Bu gün keçiriləcək "Bayern" – "Barselona" matçına saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest