UEFA Region Kuboku turnirində 2022/2023 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilkin mərhələdə Belarusla 2-ci qrupda mübarizə aparacaq.
 
1-ci qrupda isə Gürcüstan, Qazaxıstan, Estoniya təmsilçiləri qüvvəsini sınayacaq. Qrup qalibi olan komandalar növbəti raunda adlamaq üçün aralarında final görüşü keçirəcək.
 
Bu mərhələnin oyunları 2022-ci il mayın 1-dən iyulun 31-dək olan müddətdə keçiriləcək.
 
Azərbaycanı turnirdə Region Liqasının 2021/2022 mövsümünün qalibi təmsil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest