Braziliya millisinin sabiq futbolçusu Pele yenidən xəstəxanaya yerləşdirilib. Matc.az xəbər verir ki, hazırda San-Pauludakı özəl klinikada müalicə alan əfsanəvi hücumçunun durumu sabitdir.
 
Onun yaxın günlərdə evə buraxılacağı bildirilib.
 
Xatırladaq ki, Pele avqustun 30-da da xəstəxanaya yerləşdirilmişdi. 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilmiş və bir müddət xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest