Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" qrupdakı son matçını İsveçrənin "Bazel" komandasına qarşı keçirib.

Hər iki komanda ötən turdan pley-offa vəsiqəni təmin etmişdi. Komandalar arasındakı matç qrupun liderini müəyyənləşdirəcəkdi. "Qarabağ" qrupu ilk pillədə tamamlamaq üçün qələbə qazanmalıydı. "Bazel"ə isə heç-heçə də sərf edirdi. Amma meydan sahibləri bu oyundan qalib ayrılmaqla qrup birincisi olublar. "Qarabağ" isə ikinci yerlə kifayətlənib.

Qrupun digər matçında Kiprin "Omoniya" komandası doğma meydanda Qazaxıstan "Kayrat"ının müqavimətini qırmağa çalışsa da, qapılara qol vurulmayıb.

Avropa Konfrans Liqası
H qrupu
9 dekabr

Bazel – Qarabağ 3:0
Qol: A.Kabral, 33; 74. P.Kasami, 62.
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Bazel. "Sankt Yakob Park" stadionu.

Bazel: 1. Haynts Lindner, 6. Nasser Djiqa, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Stokker, 20. Fabian Frey, 22. Serxio Lopes, 23. Vuter Burger, 28. Raul Petretta, 35. Matias Palasios, 99. Edon Jeqrova.
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 4. Eray Cömert, 5. Mixael Lanq, 8. Yordi Kintilla, 9. Sebastiano Espozito, 17. Liam Millar, 19. Darian Males, 27. Dan Ndoye, 30. Tomas Tavares, 40. Liam çipperfild, 96. Joelson.
Baş məşqçi: Patrik Rahmen.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

Xal durumu: Bazel - 14, Qarabağ - 11, Omoniya - 4, Kayrat - 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest