"Qarabağ" güclü və təcrübəli rəqibdir. Bu komanda UEFA çempionlar Liqasının qrup mərhələsində oynayıb. Amma biz onları təhlil etmişik və matça hazırıq". Matc.az xəbər verir ki, bu fikirləri İsveçrənin "Bazel" klubunun futbolçusu Paytim Kasami "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasınınq qrup mərhələsinin VI tur oyunu barədə "Bzbasel"ə açıqlamasında deyib.
 
29 yaşlı yarımmüdafiəçi H qrupundakı durumla bağlı danışıb: "Bizi riyazi hesablamalar maraqlandırmır. Bu qarşılaşmada qalib gəlmək istəyirik. Gələn ilin fevralında pley-off oynamaqdansa, bu gün qələbə qazanmaq daha asandır".
 
Kasami oyuna marağın az olmasına da toxunub: "Görüşün başlama vaxtı qəribədir, həm də hava isti deyil. Yəqin ki, bu səbəbdən, azarkeşlər maraq göstərmir".
 
Qeyd edək ki, bu gün "Sent Yakob-Park" stadionunda keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest