Almaniyanın "Leyptsiq" komandasının yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin "sükan"ı Domeniko Tedeskoya tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Leyptsiq"də bir neçə gün əvvəl baş məşqçi Cessi Marş istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest