"çelsi"nin futbolçusu Antonio Rüdiger karyerasını İspaniyada davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, alman müdafiəçi 2022-ci ilin yayında azad agent kimi Madrid klubuna keçə bilər.
 
Bu barədə "The İndependent" nəşri məlumat yayıb. Xəbərdə, Rüdigerin meneceri Sar Senesinin "Real"la ilkin razılıq əldə etdiyi bildirilib.
 
Müdafiəçinin "çelsi" ilə sözləşməsi 2022-ci ilin yayına qədərdir. 28 yaşlı oyunçu "zadəganlar"ı azad agent kimi tərk edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest