Kiyevdə Ukrayna Futbol Assosiasiyasının 30 illik yubileyi münasibətilə tədbir və "Avropada futbolun inkişafı" mövzusunda dəyirmi masa təşkil olunub. Matc.az xəbər verir ki, tədbirlər FİFA, UEFA, Azərbaycan, Bolqarıstan, Kipr, Latviya, Litva, Moldova, Nigeriya, Polşa və Ermənistan futbol federasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilir.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) tədbirdə icraçı vitse-prezident Elxan Məmmədov təmsil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest