19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkdə B liqasında yer alan Azərbaycan milli komandasının A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı rəqibləri də müəyyənləşib.
 
Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 6-12 aprel tarixlərində təşkil olunacaq.
 
Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi ilə bağlı daha sonra məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest