UEFA bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində İsveçrədə baş tutacaq "Bazel" - "Qarabağ" oyunu barədə sorğu keçirib. Matc.az xəbər verir ki, bununla bağlı turnirin rəsmi "Tvitter" səhifəsində "Qarabağ"ın Bazel səfəri: Kim qalib gələcək"? başlığı altında paylaşım edilib.
 
Səsvermədə iştirak edənlərin 60.4 faizi meydan sahiblərinin, 29.6 faizi isə Azərbaycan təmsilçisinin qələbə qazanacağını vurğulayıb. Görüşün heç-heçə ilə başa çatacağını düşünənlər isə 9.9 faiz təşkil edib.
 
"Sankt Yakob Park" stadionunda baş tutacaq "Bazel" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest