Futbol üzrə Mərakeş yığmasının sabiq müdafiəçisi Medhi Benatya karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
 
Bu yay Türkiyənin "Fatih Karagümrük" klubuna transfer olunan müdafiəçi bu komandanın heyətində Super Liqada 6 matça çıxmışdı. Lakin o, ciddi zədə səbəbindən xeyli müddət idi forma geyinə bilmirdi. Bu üzdən də o, 1.5 illik müqaviləsi olmasına rəğmən, heç bir tələb irəli sürmədən sözləşməsinin ləğvini istəyib. Türkiyə klubu ona xidmətlərinə görə təşəkkür edib.
 
Benatya karyerası ərzində İtaliyanın "Yuventus", "Roma", "Udineze", Almaniyanın "Bayern", Fransanın "Olimpik" (Marsel), "Loryan", "Klermon" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest