Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avropa Liqasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşanın "Legiya" komandasının Moskva "Spartak"ı (Rusiya) ilə matçının iştirakçısı olub.
 
Varşavada baş tutan qarşılaşma "Legiya" üçün uğursuz alınıb. Belə ki, azərbaycanlı hücumçunun komandası meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
 
Mahir bu oyuna start heyətdə başlayıb. Komandasına heç nə ilə kömək edə bilməyən futbolçumuz 72-ci dəqiqədə əvəzlənib.
 
"Legiya" bu nəticədən sonra qrup mərhələsini 6 xalla sonuncu pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest