Futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunun "Brayton" - "Tottenhem" oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
Buna "Tottenhem"in düşərgəsində koronavirusa kütləvi yoluxma halının qeydə alınması səbəb göstərilib. Qarşılaşmanın nə vaxt keçiriləcəyi daha sonra müəyyənləşəcək.
 
Xatırladaq ki, daha əvvəl "Tottenhem"in Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Fransanın "Renn" komandasına qarşı qarşı keçirməli olduğu ev oyunu da eyni səbəbdən ləğv olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest