Pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. 1/16 final mərhələsinin oyunları fevralın 17-də və 24-də keçiriləcək. 1/8 final mərhələsinin püşkatma mərasimi isə fevralın 25-də baş tutacaq. Bu mərhələnin oyunları da 10-17 mart tarixlərində keçiriləcək.

Futbol üzrə Avropa Konfrans Liqasında pley-off və 1/8 final mərhələsinin iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, bu turnirdə və Avropa Liqasında qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutan matçların ardından qitənin üçüncü dərəcəli klub turnirində kimlərin yoluna davam edəcəyinə aydınlıq gəlib.
 
Yalnız G qrupunda "Tottenhem" – "Renn" oyunu təxirə salındığından, ikinci yeri "Tottenhem"in, yoxsa "Vitess"in tutacağı bəlli deyil.
 
H qrupunda ikinci yeri tutan "Qarabağ" pley-offda iştirak hüququ əldə edib. Azərbaycan klubu Avropa Liqasından gələn komandalardan birinə rəqib olacaq.
 
Pley-offun bütün iştirakçıları
 
Qrup ikincisi kimi vəsiqə qazananlar: "Qarabağ" (Azərbaycan), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Bodo Qlimt" (Norveç), "Randers" (Danimarka), "Slaviya" (çexiya), PAOK (Yunanıstan), "Vitess" (Niderland)/"Tottenhem" (İngiltərə).
 
Avropa Liqasından gələnlər: "Sparta" (çexiya), PSV (Niderland), "Lester Siti" (İngiltərə), "Fənərbaxça" (Türkiyə), "Seltik" (Şotlandiya), "Olimpik" (Marsel, Fransa), "Midtyulland" (Danimarka), "Rapid" (Avstriya).
 
1/8 finala vəsiqə qazananlar
 
LASK (Avstriya), "Gent" (Belçika), "Roma" (İtaliya), "Alkmaar" (Niderland), "Feyenoord" (Niderland), "Kopenhagen" (Danimarka), "Renn" (Fransa), "Bazel" (İsveçrə).
 
Pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. 1/16 final mərhələsinin oyunları fevralın 17-də və 24-də keçiriləcək. 1/8 final mərhələsinin püşkatma mərasimi isə fevralın 25-də baş tutacaq. Bu mərhələnin oyunları da 10-17 mart tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest