Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

ölkə kubokunda 2021/22 mövsümünə Zaqatalada start verilib. Burada yerli "Zaqatala" Premyer Liqa təmsilçisi "Səbail"i sınağa çəkib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Günün digər matçı MOİK ilə "Qəbələ" arasında baş tutub. Əzmkar qələbə qazanan Premyer Liqa təmsilçisi sürprizə imkan verməyib.

Bu mərhələnin qalan iki matçı sabah keçiriləcək. Sonuncu oyun günündə "Keşlə" "Qaradağ Lökbatan"la, "Sabah" "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan kuboku
1/8 final
10 dekabr

Zaqatala – Səbail 1:3
Qol: Roini İsmayılov, 57 – Mirsayib Abbasov, 48; 90+2. Əfran İsmayılov, 67-pen.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.

Zaqatala: 1. Vüsal Şabanov, 33. Kənan Müslümov (k), 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 7. Elşad Əliyev, 44. Osman Soltanov, 24. İbrahim Əliyev, 9. Maqsud Ələkbərov, 77. Bəşir Ayralov, 66. Xəlil Bəşirov, 27. Mahmud Məmmədov.
Ehtiyat oyunçular: 12. Eldar Tərlanov, 13. Aleksandr Şemonayev, 15. Firuddin Mövsümov, 99. Ceyhun Rəcəbli, 6. Məhəmməd Babazadə, 11. Əsədulla Heydərov, 17. İbrahim Camalov, 70. Əli Abdullayev, 19. Xəyyam Hüseynov, 20. Elmar Rəhimov, 55. Elcan Şirinov, 23. Sənan Musayev.
Baş məşqçi: Rüstəm Məmmədov.

Səbail: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 99. Vidadi Cəfərov.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

MOİK – Qəbələ 1:2
Qol: İlham Allahverdiyev, 34 – Rövlan Muradov, 55. ülvi İsgəndərov, 88.
Qırmızı vərəqə: Elşən Veysov, 75.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov.
Bakı. "Dalğa Arena". Saat 17:00.

MOİK: 35. Fərman Bayramov, 11. İlham Allahverdiyev, 33. Samir Məmmədzadə, 7. Emin Mehtiyev5. Kamil Hüseynov, 6. İsa Zeynallı,8. Samir Musayev, 77. Elmir Rəhimzadə, 17. Ruslan Voronsov, 2. Qabil Sabirli (k), 4. Said Əliyev.
Ehtiyat oyunçular:1. Uğur İbrahimov, 25. Elgün Bayramov, 3. Nicat Əskərov, 9. Elvin Nəsibov, 18. Haqverdi Həsənov, 29. Elşən Veysov, 44. Samir Alıyev, 21. Ruslan Ağalarov, 70. Tural Nəsirov, 50. Nurlan Məmmədov, 15. Rüstəm Rüstəmov.
Baş məşqçi: Asim İbrahimov.

Qəbələ: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 14. ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 34. ürfan Abbasov (k), 8. Stefan Vukçeviç, 4. Ruan Renato, 10. Omar Hani, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 5. İsnik Alimi, 9. Fernan Lopes, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest