İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qələbə qazandığımız üçün şadam. çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq. Kompakt oyun sərgilədik. "Qarabağ" keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünülüyü ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest