Siyahıya 99.783 xalla İngiltərə başçılıq edir. İspaniya 89.855 xalla ikinci, İtaliya 72.902 xalla üçüncüdür.

Avrokubokların qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan yeni siyahıda bir pillə geriləyib.
 
Buna "Qarabağ"ın Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzması səbəb olub. Nəticədə Azərbaycan 25-ci sıradan 26-cı pilləyə enib.
 
Rumıniyada çexiya "Yablonets"ini 2:0 hesabı ilə üstələyən çFR (Kluj) komandası ölkəsinin aktivinə 0.500 xal yazdırıb. Nəticədə 17.150 xala malik Rumıniya 25-ci sıraya yüksəlib. Hazırda 17.000 xalla 26-cı yerdə gedən Azərbaycan 27-ci pillədəki Macarıstandan 0, 625 xal öndədir.
 
Siyahıya 99.783 xalla İngiltərə başçılıq edir. İspaniya 89.855 xalla ikinci, İtaliya 72.902 xalla üçüncüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest