Almaniyanın "Bayern" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Yozua Kimmix 2021-ci ildə olacaq oyunları buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Koronavirusdan yeni sağalan Kimmixin ağciyərlərində kiçik problem yaranıb və futbolçu bu səbəbdən komandasının 2021-ci ildəki matçlarında iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, Kimmix "Bayern"in vaksinasiyadan imtina edən 5 futbolçusundan biridir. Münhen klubu mövsümün əvvəlində açıqlanan protokola görə, peyvənd olunmaq istəməyən Kimmixə komanda ilə məşqlərə başlayanadək maaş ödəməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest