Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun XI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
MOİK – "Kəpəz" oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün MOİK 80 manat cərimə olunub. MOİK-in futbolçusu Elşən Veysov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. "Kəpəz"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Qəbələ-2" – "Qaradağ Lökbatan" oyununda "Qaradağ Lökbatan"ın nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.
 
"Zaqatala" – "Sumqayıt-2" oyununda "Zaqatala"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Sumqayıt"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
 
"Səbail-2" – "Keşlə-2" oyununda "Keşlə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest