"Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak sabiq komanda yoldaşı Mahir Emrelinin "Legiya"da düşdüyü duruma münasibət bildirib. Matc.az xəbər verir ki, o, millimizin forvardının bir müddət əvvəl Polşa mətbuatında yayılan spirtli içki qalmaqalından təsirləndiyini söyləyib:
 
"Mənə elə gəlir ki, Emreli bu mövsüm "Legiya"nın göstərdiyi oyunun qurbanıdır. çeslav Mixneviç baş məşqçi postundan azad ediləndən sonra klubdakı alkoqol qalmaqalı da Mahirə böyük təsir edib. Onunla bu barədə danışdım. Həmin hadisədən çox təsirlənib. Xəbəri eşidən kimi əmin oldum ki, Mahir həmin qrupda olmayıb. Azərbaycanda mədəniyyətin necə olduğunu bilirəm. Futbolçular tez-tez əyləncə məkanlarını gəzirlər. Amma bu o demək deyil ki, içki içirlər".
 
Hazırda Plotsk "Visla"sının formasını geyinən 35 yaşlı oyunçu vaxtilə özünün də "Legiya"da bənzər olaylar yaşadığını vurğulayıb: "O vaxtlar bu məsələləri çox qabartmırdılar, çünki nəticələr yaxşı idi. Oxşar təcrübələrim olub. Bu üzdən də Emreliyə məsləhət verməyə, onu ruhlandırmağa çalışıram ki, tənqidlər oyununa təsir etməsin. Ən çətin anlarda belə, performansımı təhlil edirdim. Əksər matçları yaxşı keçirirdim. Amma qol buraxmağımızla nəticələnən bir səhv etdim. Bu vəziyyət hücumçunun qol vura bilməməsi ilə bənzərdir. Dərhal qiymətləndirmə kəskin sərtləşir. Qəhrəman günahkardan santimetr uzaqdadır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest