Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı bunları söyləyib:
 
Region Liqasının "Göyəzən" – "Qoşqar" UGİM-2 (Gəncə) oyununda "Göyəzən"in futbolçusu Anar İmamquliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Qoşqar"ın futbolçusu Vüsal Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Babək" – "Araz Naxçıvan" oyununda "Babək"in futbolçusu Abbas Həzimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Sabah" – "Səbail" oyununda "Səbail"in futbolçusu İbrahim Məmmədov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Sabah"ın futbolçusu Nihat Cabbarov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının "Qarabağ" – "Zirə" oyununda "Zirə"nin futbolçusu Cavid Cavadzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Sabah" – ROFM oyununda ROFM komandasının futbolçusu Bakir Tağıyev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Zirə" – "Neftçi" İK İB oyununda "Neftçi"nin futbolçusu Mehdi Haşumov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Neftçi"nin baş məşqçisi Şahin Şahhüseynli hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
 
U-12 Liqasının "Zirə" – "Neftçi" PFK oyununda "Neftçi"nin futbolçusu Rail Nağızadə "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "Zirə"nin futbolçusu Məhəmməd Əlilli "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-11 Liqasının UGİM (Astara) – "Zirvə" (Lənkəran) oyununda "Zirvə" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
U-11 Liqasının Metak – UGİM (Xaçmaz) oyununda UGİM komandasının məşqçisi Tural Cəlilov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-11 Liqasının UGİM (Mingəçevir) – "Uğur" (Mingəçevir) oyununda UGİM komandası adı protokolda qeyd olunmayan oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
U-10 Liqasının UGİM (Tovuz) – "Turan Tovuz" oyununda UGİM komandasının heyətində yetərsay olmadığından oyun baş tutmadığı üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
Futzal üzrə Yüksək Liqanın "Alyans" FK – "Neftçi" İK oyununda "Neftçi"nin 11 nömrəli futzalçısı Adil İsmayılov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire-2" – "Ulduz" oyununda "Ulduz"un 20 nömrəli futzalçısı Hüseynbala Talıbzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Star Karqo" – "Qarabağ Füzuli" oyununda "Star Karqo"nun futzalçısı Ayxan Məmmədov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Dəstə Ordubad" – "Alyans Qrup" oyununda matçın 18-ci dəqiqəsində "Dəstə Ordubad"un futzalçısı Nəriman Dadaşov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Xan Lənkəran" – "Timsport" oyununda "Xan Lənkəran"ın baş məşqçisi İbrahim Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Rəvan" – "İsma Baku" oyununda "Rəvan"ın futzalçısı Məhəmməd Əliyev "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. "İsma Baku"nun futzalçısı Nemət Manafovun "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Atletiko Baku" – "Baku Fire-3" oyununda "Atletiko Baku"nun baş məşqçisi Zaur Səmədov ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının 8â„–-li RİOEUGİM – "Qəbələ" FK oyununda "Qəbələ" komandası yaş limitini pozduğu üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest