Misir millisinin və İngiltərə "Liverpul"unun ulduzu Məhəmməd Salahın "çelsi"yə transfer olunmasından 5 il ötür. Matç.az xəbər verir ki, uğursuzluqla nəticələnən bu keçid böyük müzakirələrə səbəb olub.

Hələ də səngiməyən Salahın London macəralarına rusiyalı həmkarlarımız da yazı həsr edib. Yazıda "çelsi"nin o vaxtkı baş məşqçisi Joze Mourinyonun "azmış uşaq" adlandırmasından və digər məqamlardan bəhs olunub.


Yarım ildə 2 tam oyun

Salahda hər şeyin alınmasına öyrəşmilik. O, üç futbolçunu "fırladır", onlarla gözəl qol vurur və üzündəki təbəssümlə müsahibə verir. Amma 5 il əvvəl misirli çox tutqun idi. Mourinyonun "çelsi"sinə düşmüşdü.

Londonlulara hücumameylli futbolçu lazım idi. çünki Xuan Mata 37 milyona MY-yə keçirdi. Mourinyonun əvəzedici heyətdə əzab verdiyi Kevin de Bruyne isə 16 milyona "Volfsburq"a gedirdi. Villianı əvəzləyəcək kimsə lazım idi. Klubda kimsə çempionlar Liqasında "çelsi"yə (2:1, 1:0)  "Bazel"in buruqsaçlı oğlanını xatırladı. Salah Eşli Koul və Aspilikueta ilə "məzələnib" 3 qoldan ikisini vurmuşdu.

Onda Məhəmməd təkcə "çelsi"ni məftun etməmişdi. Misirlini "Liverpul" da "ovlamaq" istəyirdi. Amma tərs kimi 8 milyon funt artıq ödəməyə simiclik edirdi. "çelsi" 11 milyon və 5,5 il müddətinə sərfəli müqavilə təklifi irəli sürmüşdü. Hamı da razı idi.

Salah çalışırdı. O, Villianı əvəz edirdi, sağ cinahla şığıyırdı, amma xüsusi bir şey alınmırdı. 2013/14 mövsümünün ikinci yarısındakı ən böyük uğuru Premyer Liqada orta maksimal sürət göstərməsi idi – saatda 20 km. Artıq növbəti mövsümdən isə Salah ehtiyat oyunçular skameykasından qalxmırdı. O, çempionatda cəmi 3 oyuna çıxdı. Mourinyo Ramiresə üstünlük verir və deyirdi ki, titul üçün etibarlılıq sürətdən önəmlidi.

üzücü nəticə: 19 oyun, 9 dəfə start heyətdə, 2 dəfə 90 dəqiqə

2015-ci ilin qışında "çelsi" Xuan Kuadradonu 26 milyona aldı. Transferin bir hissəsi Salahın Florensiyaya icarəyə verilıməsindən ibarət idi. Kuadradonun da işi "çelsi"də yaxşı alınmadı. Salah isə İtaliyada hər ikinci oyunda qol vurur, "Yuventus"la görüşdə dubl edir, adini fanat mahnılarında eşidir, yeni "Salah Pizza"nın populyarlığını dinləyirdi.

Britaniya mediası Mourinyoya hücum çəkmişdi. Lakin portuqaliyalı özünə haqq qazandırırdı. O, əvvəl belə deyirdi: "Salah mənim komandamın parçası deyil və burada qalmayacaq. Onun "Fiorentina"dakı kimi davam etməsi vacibdi. Buna görə də onun icarə variantı xoşuma gəlir. İtaliyada çətindi, xüsusilə də hücumameylli futbolçulara. "Fiorentina"da alınmasa, qoy "Yuventus", "Roma" və ya "İnter" olsun. Salah yaxşı oğlan və yaxşı futbolçudu. Amma ona yüksək səviyyədə çox oynamaq lazımdı".

Mourinyo sonra da eyni tərzdə danışıb: "Siz özünüz də onlardan soruşa bilərsiz ki, niyə klubdan getmək istəyiblər. Əgər onlar düzünü desələr, Lukaku, de Bruyne, Şurrle, Salah – hamısı əsl rəqabət istəməyib. Onlar böyük futbolçularla mübarizə aparmaq istəmədiklərindən gediblər".

2015-ci ilin yayında Salah Vincentso Montellanın gedişindən sonra "Fiorentina"dan imtina edərək "Roma"ya Luçano Spallettinin yanına getdi. Yarım ildən sonra romalılar ona görə 20 milyon avro ödədiulər. "çelsi"də Mourinyonu əvəzləyən Antonio Konte də buna sevindi: "Salah gözəl futbolçudu. Amma onun keçidi zamanı heç kim mənimlə məsləhətləşməyib. Bunu şərh etməyə hazır deyiləm. Yoxsa mənim problemlərim yaranar".

Mourinyodan isə indi də Salah barədə soruşurlar. Bu il verdiyi açıqlamada portuqaliyalı həmin transferi belə xatırlayıb: "öncə deyim ki, insanlar məni Salahı satan məşqçi adlandırmaq istəyir. Amma bu fikir tam yanlışdı. Mən onu alan məşqçiyəm. Biz çempionlar Liqasında "Bazel"ə qarşı oynadıq. Salah uşaq təsiri bağışlayırdı. Mən bu uşağı sevdim. Sonra biz onu aldıq. Məhz mən klubu bu transferə yönləndirdim. Hərçənd bizim fantastik hücumameylli oyunçularımız – Azar və Villian var idi. Amma mən inadla Salahın alınmasını istədim. Vacib olan da budu. Londonda onunku alınmadı. çünki azmış uşaq idi. Yeni dünyada çaşbaş olub, itib qalmışdı. Onunla işləmək, inkişafa nail olmaq istəyirdim. Amma heç nə alınmadı. çünki biz onu mənim yaxşı tanıdığım mədəniyyətə - İtaliyaya icarəyə verdik".

Sonda Mourinyo bunu da qeyd edib ki, Salahı satmaq qərarı ona deyil, kluba aid olub.

Yəqin ki, "Liverpul"da "çelsi"nin heç bir qərarına bu qədər çox sevinməmişdilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest