"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zaqatala"ya qarşı keçirdikləri oyunu şərh edib

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zaqatala"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, səfərdə 3:1 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"ötən il olduğu kimi, rəqibimiz yenə də "Zaqatala" idi. ötən il də bizə çətin anlar yaşatmışdılar. Bu gün də meydanda bərabər mübarizə izlədik. Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Nəticədən razı olsam da, oyundan narazıyam. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Bizim üçün çətin qarşılaşma oldu. İstəkli komandaya qarşı mübarizə apardıq. önəmli olan qələbə qazanmaqdır. Hər səhv bizə baha başa gələ bilərdi. Bir gün əvvəl məşq də etməmişdik. Bunlar futbolçular üçün çətin olub. Artıq "Sabah"la çempionat görüşünə hazırlaşacağıq. İli qələbə ilə başa vurmaq istəyirik. Zaqatalaya bir gün əvvəl gəlmişik və uzun yol qət etmişik".
 
Hacıyev ilk yarıda əzələsindən xəsarət alan Nikolas Rayselin meydandan çıxmasının oyunlarına təsir etdiyini söyləyib: "Zaqatala"ya uğurlar arzulayıram. Bu komanda Premyer Liqada oynamağa layiqdir. İnanıram ki, bölgələrə futbol həyəcanı yenidən qayıdacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest