Madrid "Atletiko"su ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İspaniya təmsilçisinin hücumçusu Luis Suares zədələnib. O, UEFA çempionlar Liqasının qrup mərhələsinin son turunun "Portu" ilə matçında (3:1) sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı hücumçunun zədəsinin ciddi olduğu bildirilir. Suaresin bərpa müddəti bilinmir. 34 yaşlı hücumçu gündəlik fizioterapiya seanslarına qoşulacaq.
 
Suares dekabrın 12-də keçiriləcək "Real" – "Atletiko" matçını buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest