"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Düşündüyümüzdən də ağır oyun alındı. "Zirə" ilə Premyer Liqa oyunundan sonra heyətdə bəzi rotasiyalar etməyə və az oynayan futbolçulara şans verməyə çalışdıq. Birinci Divizion komandaları ilə səviyyə baxımından fərq elə də hiss olunmur. Oyun da bunu göstərdi. ümumilikdə komandam ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest