10 Dekabr 2021, 23:43
DİGƏR
Norveçli şahmatçı Maqnus Karlsen dünya çempionu titulunu qoruyub. Matc.az xəbər verir ki, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Nepomnyaşi 49-cu gedişdə təslim olub.

Bununla da sona 3 tur qalmış hesab 7.5:3.5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.
Xatırladaq ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə dünya şahmat tacına yiyələnib. O, hindistanlı Vişvanatan Anandı məğlubiyyətə uğradıb.