Futbol üzrə Almaniya ikinci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası - "Şalke" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Nürnberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1. 
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
 
"Şalke"nin əsas komandası bu mövsüm ikinci Bundesliqada keçirdiyi 17 oyunda 29 xal toplayıb və 18 kollektiv arasında 3-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest