"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Sabah" ilə kubok oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında komandasını çətin oyunun gözlədiyini bildirib: 
 
"Oyuna yaxşı hazırlaşmışıq. İtkilərimiz var. "Sabah" çempionatdakı sonuncu turu nəzərə almasaq, son matçlarda yaxşı nəticələr qazanıb, onlarda ruh yüksəkliyi var. Rəqibimiz güclüdür. Cari mövsümdə görüşəcəyimiz ən güclü komanda olacaq. Səfərdə oynayacağıq, bizi çətin oyun, gərgin mübarizə gözləyir. çalışacağıq ki, yaxşı oyun, xarakter göstərək, layiqli şəkildə mübarizə aparaq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə səy göstərəcəyik. Hər halda nəticə sonda bilinəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest