"Qarabağ"ın futbolçusu Kadi Borges cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. O, bu göstəricidə ikinci sırada qərarlaşıb.

Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsində 6-cı turun statistik göstəriciləri açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borges cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. O, bu göstəricidə ikinci sırada qərarlaşıb.
 
Braziliyalı yarımmüdafiəçi İsveçrənin "Bazel" komandası ilə matçda 5 dəfə cərimə meydançasına dəqiq ötürmə verib.
 
Bu göstəricidə ilk pillədə Niderlandın "Vitess" komandasında çıxış edən Maksimilian Vittek yer alır.
 
"Qarabağ" "Bazel"ə səfərdə 0:3 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest