İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu və baş məşqçisi məlum olub. Matc.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu "Liverpul"dan Trent Aleksander-Arnold, baş məşqçi isə "Mançester Siti"dən Xosep Qvardiola seçilib.
 
Arnold "Liverpul"la ötən ay iştirak etdiyi 3 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib. Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" isə noyabrda keçirdiyi 3 oyunda da qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest