"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə "Bazel"inə qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə "Bazel"inə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Hər şey əladır, növbəti qarşılaşmanı düşünürük. Premyer Liqada "Zirə" ilə üz-üzə gələcəyik. "Bazel"lə matç artıq başa çatıb. önümüzə baxmalıyıq.
 
28 yaşlı yarımmüdafiəçi 2-ci dəqiqədə xorvatiyalı baş hakim Fran Yoviçin Abdullah Zubirin təmiz qolunu qeydə almamasına münasibət bildirib: "Hazırda ancaq gələcək barədə düşünməliyik. Hakimlər qolumuzu qeydə alsaydı, hər şey dəyişəcəkdi. Təmiz qolumuz sayılsaydı, nəticə belə olmazdı. Amma baş məşqçimiz Qurban Qurbanovun söylədiyi kimi, hər şey artıq geridə qalıb. İndi yalnız gələcək qarşılaşmalar haqqında düşünməliyik".
 
Kabo-verdeli oyunçu komanda yoldaşı İbrahima Vadjinin görüş ərzində bir neçə qol epizodunundan yararlana bilmədiyini xatırladıb: "Onunla danışmışam. Vadji fərqlənmək üçün əlindən gələni edirdi. Futbol belə oyundur: qol vurmasan, uduza bilərsən. Onun "Zirə" ilə matçda fərqlənəcəyinə ümid edirəm. Yenə deyirəm, hər şeyi unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq".
 
Qeyd edək ki, matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest