1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 12-13 fevralda baş tutacaq. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Matc.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən iki oyunundan sonra "Qarabağ" və "Neftçi"nin növbəti raunddakı rəqibi bəlli olub.
 
Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb. "Keşlə" "Qaradağ Lökbatan"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
 
İlk oyun günündə isə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub etmişdi.
 
1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 12-13 fevralda baş tutacaq. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.
 
Azərbaycan kuboku
1/4 final
 
Qarabağ - Keşlə
Neftçi - Sabah
Zirə - Səbail
Sumqayıt - Qəbələ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest