Futbol üzrə Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Səfərdə "Fatih Karagümrük"lə qarşılaşan "Konyaspor" darmadağınla qalib gəlib və liderlər qrupundakı mövqeyini möhkəmləndirib. "Rizəspor" isə "Göztəpə"ni məğlub yola salıb.
 
Son turlarda uğurlu çıxış edən "Başakşəhər" bu dəfə "Kasımpaşa" ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb.
 
Lider "Trabzonspor" isə bu dəfə "Antalyaspor"un qonağı olub. Trabzon təmsilçisi bu görüşdə cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.
 
Türkiyə Super Liqası
16-cı tur
10 dekabr
 
Altay – Hatayspor 1:2
Qol: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.
 
11 dekabr
 
Fatih Karagümrük – Konyaspor 1:4
Qol: Peşiç, 12 – Rahmanoviç, 30. S.Gürlər, 53; 88. Gilyerme, 86.
 
Başakşəhər – Kasımpaşa 2:1
Qol: Vişça, 53. M.Təkdəmir, 90+2 – Hayradinoviç, 78.
 
Rizəspor – Göztəpə 3:1
Qol: Pohjanpalo, 40; 78. Sabo, 90+3 – Nukan, 61.
 
Antalyaspor – Trabzonspor 2:1
Qol: Fredi, 34-pen. D.Tokoz, 73-öz qapısına – Kornelius, 24.
 
12 dekabr
 
14:30 Adana Dəmirspor – Girəsunspor
17:00 Yeni Malatyaspor – Alanyaspor
20:00 Beşiktaş – Kayserispor
 
13 dekabr
 
19:00 Sivasspor – Qalatasaray
21:30 Qaziantep – Fənərbaxça
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest