Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursalıların yeganə qolunun müəllifi də məhz Ələskərov olub. O, 51-ci dəqiqədə rəqib qapısına yol tapsa da, komandası qələbə hesabını sonadək qoruya bilməyib.

Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Manisa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursalıların yeganə qolunun müəllifi də məhz Ələskərov olub. O, 51-ci dəqiqədə rəqib qapısına yol tapsa da, komandası qələbə hesabını sonadək qoruya bilməyib.
 
"Bursaspor" 16 turdan sonra 18 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest