"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Birinci hissə bizim üçün çətin keçdi. Rəqib demək olar müdafiədə boşluq vermirdi və əks-hücumlarda çox təhlükəli idilər. İkinci hissədə daha dəqiq oyun nümayiş etdirdik və iki yaxşı qol vurduq. Bizim üçün mühüm qələbə idi. Azarkeşlərimizə dəstəklərinə görə xüsusi təşəkkür edirəm".
 
Qeyd edək ki, "Sabah" 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq. Hər iki oyun gələn ilin fevral ayında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest