Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
"Mançester Siti" bu turda "Vulverhempton"u, "çelsi" isə "Lids"i qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.
 
Lider "Liverpul"un rəqibi isə Stiven Cerrardın çalışdırdığı "Aston Villa" olub. "Qırmızılar" da turu qələbə ilə başa vurublar. "Mançester Yunayted" isə səfərdə "Norviç Siti"dən üstün olub. "Arsenal" da "Sauthempton"u böyük hesabla məğlub edib.
 
Bu tur keçirilməli olan "Brayton" – "Tottenhem" matçı qonaq komandanın heyətində koronavirusa yoluxma hallarını artması səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
16-cı tur
10 dekabr
 
Brentford – Uotford 2:1
Qol: Yansson, 84. Mbeumo, 90+5-pen – Dennis, 24.
 
11 dekabr
 
Mançester Siti – Vulverhempton 1:0
Qol: Sterlinq, 66-pen.
 
Arsenal – Sauthempton 3:0
Qol: Lakazette, 21. Edeqor, 27. Qabriel, 62.
 
Liverpul – Aston Villa 1:0
Qol: Salah, 67-pen.
 
çelsi – Lids 3:2
Qol: Maunt, 42. Jorjinyo, 58-pen; 90+4-pen – Rapinya, 28-pen. Gelhardt, 83.
 
Norviç Siti – Mançester Yunayted 0:1
Qol: Ronaldo, 75-pen.
 
12 dekabr
 
18:00. Bernli – Vest Hem
18:00. Lester Siti – Nyukasl
20:30. Kristal Pelas – Everton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest