Futbol üzrə Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
 
"Herta" "Arminiya"nı məğlub yola salıb. "Frayburq" evdə "Hoffenhaym"a, "Volfsburq" isə "Ştutqart"a uduzub.
 
Lider "Bayern" bu turda "Maynts"ı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Dortmund "Borussiya"sının rəqibi "Bohum" olub. Qonaqlar bu görüşdən xal itkisi ilə ayrılıblar.
 
Turun mərkəzi görüşündə "Leyptsiq" doğma meydanda Mönhenqladbax "Borussiya"sını qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.
 
Almaniya Bundesliqası
15-ci tur
10 dekabr
 
Köln – Auqsburq 0:2
Qol: Han, 72. Dorş, 88.
 
11 dekabr
 
Bayern – Maynts 2:1
Qol: Koman, 53. Musiala, 74 – Onisivo, 22.
 
Bohum – Borussiya (Dortmund) 1:1
Qol: Polter, 40-pen – Brandt, 85.
 
Herta – Arminiya 2:0
Qol: Yovetiç, 53. Selke, 90+5.
 
Leyptsiq – Borussiya (Mönhenqladbax) 4:1
Qol: Qvardiol, 21. A.Silva, 33. Nkunku, 90+1. Henriks, 90+4 – Bensebaini, 88.
 
Frayburq – Hoffenhaym 1:2
Qol: Şlotterbek, 21 – Raum, 3. Riçards, 90+4.
 
Volfsburq – Ştutqart 0:2
Qol: Mavropanos, 25. Forster, 63.
 
12 dekabr
 
18:30. Qroyter – Union Berlin
20:30. Ayntraxt – Bayer

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest