"Bazel"in baş məşqçisi Patrik Rahmen İsveçrə çempionatında "Servett"ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, Konfrans Liqasında "Qarabağ"ı 3:0 hesabıyla məğlub etdikləri oyundan da söz açıb:
 
"Əlbəttə, bizim üçün vacib oyun idi. Amma bu qələbəni uzun müddət qeyd edə bilmərik. Artıq qarşıdakı oyunlara köklənməliyik. "Qarabağ"la matçdakı müsbət enerjini çempionat görüşlərinə daşımaq istəyirik. Bizi "Servett" və "Yanq Boyz"la oyunlar gözləyir. Hər ikisi kifayət qədər çətin rəqibdir. Son 3 səfər matçında uduzmuşuq. Uğursuz seriyaya son qoymaq istəyirik".
 
Konfrans Liqasında H qrupunun son turunda "Qarabağ"ı məğlub edən "Bazel" 1/8 finala vəsiqə qazanıb. Ağdam klubu isə 1/8 finala vəsiqə qazanmaq üçün pley-off oyunlarından qalib ayrılmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest