PSJ-nin futbolçusu Serxio Ramos növbəti həftədən komandayla məşqlərə qoşulacaq. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, ispan müdafiəçinin hazırda fərdi məşq etdiyi, növbəti həftədən isə komandaya qoşulacağı bildirilib. Ramos hələ hazır olmadığı üçün Liqa 1-də "Monako"ya qarşı keçiriləcək matçı buraxacaq.
 
Bu gün keçiriləcək PSJ – Monako matçı saat 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest