Sabah futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbol qurumu püşkdən öncə komandaları səbətlərə bölüb.
 
Azərbaycan təmsilçisi "Qarabağ" səpələnmişlər sırasında yer alıb. Səpələnmişlər səbətində olan komandalar pley-off mərhələsində ilk matçını səfərdə keçirəcək.
 
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest