"Yuventus" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Dibala "Yuventus"un A Seriyasının 17-ci turunda "Venetsiya"ya qarşı keçirdiyi səfər matçının (1:1) 12-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Argentinalı hücumçunun əvəzinə meydana Kayo Jorje çıxıb.
 
Dibalanın son vəziyyəti tibbi müayinədən sonra bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest